Saytımızı qiymətləndirin


 
 

Blinkenin köməkçisi ABŞ-Ermənistan Strateji Dialoqunun formatını dəyişməyi təklif edib
Tarix: 11-06-2024 | Saat: 11:31
Bölmə:Karusel / Region | çapa göndər

Blinkenin köməkçisi ABŞ-Ermənistan Strateji Dialoqunun formatını dəyişməyi təklif edib

“Biz ABŞ-Ermənistan Strateji Dialoqunun formatını Strateji Tərəfdaşlıq üzrə Komissiya olaraq dəyişmək istəyirik. Bu faktor birgə tərəfdaşlığımızı daha da gücləndirməyə imkan verəcək”.

Qarabaginfo.az "news.am”a istinadən xəbərinə görə, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms O'Brayen ABŞ-Ermənistan Strateji Dialoqu üzrə iclasdan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla təkbətək görüşdə bildirib.

Bir qədər əvvəl ABŞ rəsmisinin iyunun 12-dək davam edən səfər zamanı Ermənistan rəhbərliyi ilə bu ölkənin Azərbaycanla dayanıqlı və layiqli sülh müqaviləsinin imzalamasına dəstək verəcəyi açıqlanıb.

Bildirilib ki, rəsmi Vaşinqton həmçinin Azərbaycanla sərhədlərin delimitasiyası prosesində Almatı bəyannaməsinin əsas kimi götürülməsini də dəstəkləyəcək.



Xəbəri paylaş

162 dəfə oxunub.

Digər xəbərlər