Saytımızı qiymətləndirin


 
 

Ukrayna ordusu ilk dəfə olaraq Rusiyanın Su-57 qırıcısını vurduğunu iddia edib - FOTO
Tarix: 10-06-2024 | Saat: 07:17
Bölmə:Karusel / Dünya | çapa göndər

Ukrayna ordusu ilk dəfə olaraq Rusiyanın Su-57 qırıcısını vurduğunu iddia edib - FOTO

Ukrayna Silahlı Qüvvələri müharibənin başladığı gündən bu yana ilk dəfə olaraq Rusiyanın Su-57 qırıcısını vurduğunu iddia edib.

Qarabaginfo.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri qoşunların cəbhə xəttindən təxminən 600 kilometr aralıda yerləşən hərbi hava qüvvələrinin bazasında yerləşən ən müasir 5-ci nəsil rus döyüş təyyarəsi olan Su-57-ni vurub.

Qeyd edək ki, bu bəyanatlar Qərb müttəfiqlərinin Kiyevə silahlarından Rusiya ərazisinə məhdud zərbələr endirmək üçün istifadə etməsinə icazə verdikdən sonra verilib.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi hücumun nəticələrini əks etdirdiyi iddia edilən peyk fotolarını paylaşıb.

İdarəsinin məlumatına görə, hücum şənbə günü Rusiyanın cənubundakı Axtubinskdəki bazada, cəbhə xəttindən təxminən 589 kilometr aralıda baş verib.

 



Xəbəri paylaş

144 dəfə oxunub.

Digər xəbərlər