Saytımızı qiymətləndirin


 
 

Ermənistanın Milli Təhlükəsizlik Xidmətindən AÇIQLAMA: “Bura Azərbaycan ərazisi, Eyvazlı kəndidir”
Tarix: 15-09-2021 | Saat: 11:42
Bölmə:Karusel / Gündəm | çapa göndər

Gorus-Qafan yolunda Azərbaycan postunun qurulması ilə bağlı — DİN-dən açıqlama

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri parlamentə gələcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb. Məlumatda bildirilir ki, hakimiyyət orqanları  “Ermənistan” blokunun  Gorus-Qafan yolundakı mövcud vəziyyəti müzakirə etmək üçün Milli Məclisin qapalı iclasını çağırmaq təklifi ilə razılaşıblar. Müxalifətin əsas tələbi isə  Milli Təhlükəsizlik Xidmətinin direktorunun da parlamentin iclasında iştirakının təmin olunmasıdır.

Hakimiyyət Ermənistan MTX-nin rəhbərinin parlamentin iclasında iştirakı üçün heç bir əngəl olmadığını müxalifətin diqqətinə çatdırıb. Lakin iş qrafikinin tənzimlənməsinin vacibliyi vurğulanıb. Qapalı görüşün bu gün baş tutacağı istisna edilmir.

Qəzet xatırladıb ki, Azərbaycan tərəfi guya Ermənistanın Vorotan ərazisində polis postu quraraq, iranlı sürücülərdən gömrük rüsumu tələb edir. Lakin elə Ermənistanın öz Milli Təhlükəsizlik Xidməti buranın Azərbaycan ərazisi (Eyvazlı) olduğunu açıqlayıb



Xəbəri paylaş

389 dəfə oxunub.

Digər xəbərlər