Tarix: 08-06-2024 | Saat: 11:18
Bölmə:Karusel / Siyasət | çapa göndər
Azərbaycanla Ermənistan arasında sülh sazişi 2024-cü ilin noyabrında Bakıda keçiriləcək COP-29 konfransına qədər imzalana bilər.
Qarabaginfo.az xəbər verir ki, bu barədə "S&P Global Ratings" beynəlxalq reytinq agentliyi proqnozunda bildirilib.
Qeyd edilib ki, regionda dəyişən geosiyasi vəziyyət fonunda Azərbaycan Ermənistanla hərtərəfli sülh sazişi üzrə danışıqları davam etdirir: "Sülh müqaviləsinin imzalanmasında mübahisəli məqamlardan biri sərhədlərin demarkasiyası prosesi olaraq qalır. Ermənistan hökuməti Azərbaycanın bir neçə eksklav kəndini təhvil vermək tələbi ilə razılaşıb. Bu, Ermənistanda baş nazir Nikol Paşinyanın istefasının tələb edildiyi ictimai etirazlara səbəb olub. Buna baxmayaraq, hər iki tərəf Avropanın və Müstəqil Dövlətlər Birliyinin bir sıra paytaxtlarında keçirilən ikitərəfli danışıqları sürətləndirib. Rəsmi açıqlamalar göstərir ki, sazişin 2024-cü ilin noyabrında Bakıda keçiriləcək COP-29 konfransına qədər imzalanması mümkün olaraq qalır".
Digər xəbərlər