Tarix: 06-06-2024 | Saat: 17:02
Bölmə:Karusel / Siyasət | çapa göndər
“Hazırda Milli Məclisdə Şimali Kipr Parlamenti ilə dostluq qrupu var. Biz digər türk dövlətlərinin də Şimali Kiprlə əməkdaşlıq etməsini gözləyirik".
Qarabaginfo.az xəbər veir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin Məclis sədri Zorlu Törə TÜRKPA-nın 13-cü Plenar İclasında deyib.
O, həmçinin bildirib ki, müstəqillik uğrunda çoxsaylı qurbanlar verən ölkəsi ilə Azərbaycan arasında bağlılıq var:
“Şimali Kipr şəhidlərimizin ruhu ilə quruldu. Azərbaycan da eynilə bizim kimi çox sayda qurbanlar verib. Ona görə də hesab edirəm ki, bizim birliyimiz sarsılmaz olmalıdır. Məhəmməd Əmin Rəsulzadənin də dediyi kimi, "Bir kərə yüksələn bayraq, bir daha enməz". Türk dövlətlərinin arasına nifaq toxumu səpmək istəyənlərə qarşı birləşəcəyik. Hazırda Milli Məclisdə Şimali Kipr Parlamenti ilə dostluq qrupu var. Biz digər türk dövlətlərinin də Şimali Kiprlə əməkdaşlıq etməsini gözləyirik. Türk Dövlətləri Təşkilatının bütün tədbirlərində iştirak edirik. Bizim ölkəmizi hazırda nə BMT, nə də Avropa İttifaqı üzvlüyə qəbul edir. Belə olarsa, bizim üzərimizdəki təzyiqlərin də azalacağına inanırıq. Biz hesab edirik ki, regionda bir dövlət olmalı, Kipr birləşməlidir. Ətraf mühitlə əlaqədar olaraq isə onu deyə bilərəm ki, ətraf mühit dünyadakı imperialistlər tərəfindən bilərəkdən çirkləndirilir. BMT və super dövlətlərin bu istiqamətdə davranışları bizə örnək olmalıdır”.
Özbəkistan Ali Məclisinin sədri Tənzilə Narbayeva isə çıxışında türk dövlətlərinin iqlim dəyişikliyi məsələləri üzrə birgə araşdırma aparmasını təklif edib. O bildirib ki, Azərbaycanda təşkil olunacaq COP29 tədbiri həmin istiqamət üzrə əməkdaşlığın genişlənməsi ilə yanaşı, həm də yaşıl enerjiyə keçidə öz mühüm töhfəsini verəcək.
Digər xəbərlər