Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda buğda uzuzlaşdı
Tarix: 24-01-2024 | Saat: 15:01
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

 

Azərbaycanda buğda uzuzlaşdı

Azərbaycanın xaricdən aldığı buğdanın qiyməti 20 faiz ucuzlaşıb. Belə ki, 1 ton buğdanın qiyməti 338 dollardan 259 dollara düşüb.

 

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2023-cü ildə ölkəyə 1 milyon 95 min tona yaxın buğda idxal edilib.

 

Ekspertlər hesab edir ki, bu idxal miqdarında ciddi azalma deməkdir.

 

Qarabaqinfo.az -ın məlumatına görə, iqtisadçı ekspert Eldəniz Əmirov ərzaq təhlükəsizliyinə milli təhlükəsizlik səviyyəsində yanaşıldığını bildirib:

 

“Belə ki, həcmlə ifadə etsək, təxminən 9,1 faiz az buğda idxal olunub. Ton ifadəsində isə 30 faiz azalma olub. Bu da biləvasitə Azərbaycanın ərzaq təhlükəsizliyinə milli təhlükəsizlik səviyyəsində yanaşmasının nəticəsidir. 2022-ci ildə daha çox buğda idxal edərək qarşıdakı prespektivlərdə bir növ müəyyən problemlər yaşanarsa, onu sığortalamağa yönəlik addımlar idi”.

 

Ekspertlər bildirirlər ki, dünyada əkin sahələri artılır. Buna görə də, yaxın günlərdə buğdanın qiymətində artım olacağı gözlənilmir.



Xəbəri paylaş

1107 dəfə oxunub.

Digər xəbərlər