Tarix: 06-06-2024 | Saat: 16:27
Bölmə:Karusel / Dünya | çapa göndər
İnsan fəaliyyəti nəticəsində yaranan istixana qazlarının həcmindəki artım iqlim dəyişikliyi təhlükəsini də artırır.
Qarabaginfo.az xəbər verir ki, bu sözləri Macarıstan Milli Assambleyası sədrinin müavini Marta Matrai TÜRK PA-nın Bakıda təşkil edilən “Türk dünyası üçün Yaşıl Üfüqlər: Yaşıl Gündəliyə nail olunmasında parlamentlərin rolu” mövzusunda 13-cü Plenar iclasında bəyan edib. Marta Matrainin qənaətincə, Macarıstanda havanın hərarətindəki güclü artım, eləcə də quraqlıq daha dərin problemlərə yol açır.
“Hazırda ölkəmizdə bu problemin qarşısını almaq üçün ciddi tədbirlər görülür. Biz iqlimin neytrallığı məsələsini əsas prioritet kimi görməkdəyik. Bununla yanaşı, görüləcək tədbirlərdən biri də istixana qazlarının azaldılması, bərpa olunan enerji həcmində artıma nail olmaq kimi məsələlər də var. Onu deyə bilərəm ki, bərpa olunan enerjinin həcmində son dövrlərdə əhəmiyətli yüksəliş müşahidə edilir”, - deyə, M. Matrai fikirklərini yekunlaşdırıb.
Digər xəbərlər