Bu gün Qazaxıstanın təşkilata sədrliyi çərçivəsində Almatıda KTMT Müdafiə Nazirləri Şurasının iclası keçirilib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
KTMT-yə üzv ölkələrin müdafiə nazirləri qoşunların qabaqcıl silahlarla təchiz edilməsi və birgə təlimlərə dair bir sıra sənədlər imzalayıblar.
“KTMT-nin qoşun hissələrinin müasir və qabaqcıl silah və hərbi texnika modelləri ilə təchiz edilməsi, birgə əməliyyat və döyüş hazırlığının planlaşdırılması, KTMT-nin sülhməramlı kontingentlərinin təlimi metodologiyasının təkmilləşdirilməsi, eləcə də məqsədyönlü qüvvələrə dair sənədlərə baxılıb imzalanıb”, – məlumatda deyilir.