Saytımızı qiymətləndirin


 
 

Ankaranın İsveç və Finlandiyaya 10 tələbi var
Tarix: 18-05-2022 | Saat: 11:39
Bölmə:Karusel / Dünya | çapa göndər

Ankaranın İsveç və Finlandiyaya 10 tələbi var

Türkiyə 10 şərtdən ibarət manifesti NATO-ya üzv olmaq istəyən Finlandiya və İsveçə təhvil verəcək.

Qarabaginfo.az “Sabah”a istinadla xəbər verir ki, bu barədə Ankaradakı mənbələr məlumat yayıb.

Nəşrin yazdığına görə, bu iki ölkə ilə müttəfiqlik münasibətlərində olması üçün Ankaranın on şərti yerinə yetirilməlidir. Söhbət Finlandiya və İsveçin Türkiyədə qadağan olunmuş Kürd Fəhlə Partiyası (PKK)və onun törəmələrinin terror təşkilatı olması ilə bağlı mövqeyini aydınlaşdırmaqdan gedir.

İsveç və Finlandiya Ankaranın terrorçu hesab etdiyi təşkilatların üzvlərinin parlamentlərə qəbulunu dayandırmalı, həmçinin İŞİD-lə mübarizə adı altında kürd birləşmələrinə maliyyə dəstəyini dayandırmalıdır.

Ankara NATO üzvlüyünə namizədlərdən PKK rəhbərliyi ilə təmasdan yayınmağı, həmçinin, Türkiyədə qadağan olunmuş Fətullah Gülənin təşkilatının üzvlərinin fəaliyyətini dayandırmalıdır.

Bundan başqa, Türkiyə Stokholm və Helsinkidən onun ərazisində qadağan olunmuş təşkilatların axtarışda olan üzvlərinin ekstradisiyası prosedurunun sürətləndirilməsini, həmçinin Türkiyənin təhlükəsizliyinə qarşı hər hansı hərəkəti” dəstəkləməyi dayandırmağı tələb edəcək.

Ankara İsveç və Finlandiyanı terrorizmlə mübarizədə Türkiyə ilə müntəzəm məsləhətləşmələri və sıx əməkdaşlığı dəstəkləyəcək mexanizm yaratmaq üçün birgə təşəbbüslə çıxış etməyə dəvət edir.

Mənbənin sözlərinə görə, Türkiyə şimal ölkələrində terror təşkilatlarının pul axınının kəsilməsini, onların bank hesablarının bağlanmasını tələb edəcək.



Xəbəri paylaş

1234 dəfə oxunub.

Digər xəbərlər