Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > KTMT-nin müdafiə nazirləri sənədlər imzalayıblar
Ana Sayfa > Karusel / Siyasət > KTMT-nin müdafiə nazirləri sənədlər imzalayıblar

KTMT-nin müdafiə nazirləri sənədlər imzalayıblar


31-05-2024, 14:32. Yazar: Admin

Bu gün Qazaxıstanın təşkilata sədrliyi çərçivəsində Almatıda KTMT Müdafiə Nazirləri Şurasının iclası keçirilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

KTMT-yə üzv ölkələrin müdafiə nazirləri qoşunların qabaqcıl silahlarla təchiz edilməsi və birgə təlimlərə dair bir sıra sənədlər imzalayıblar.

“KTMT-nin qoşun hissələrinin müasir və qabaqcıl silah və hərbi texnika modelləri ilə təchiz edilməsi, birgə əməliyyat və döyüş hazırlığının planlaşdırılması, KTMT-nin sülhməramlı kontingentlərinin təlimi metodologiyasının təkmilləşdirilməsi, eləcə də məqsədyönlü qüvvələrə dair sənədlərə baxılıb imzalanıb”, – məlumatda deyilir.


Geri dön