Saytımızı qiymətləndirin


 
 

Paşinyan vəzifədən gedəcək! - Baqrat Qalstanyan
Tarix: 29-05-2024 | Saat: 11:23
Bölmə:Karusel / İqtisadiyyat / Dünya / Gündəm | çapa göndər

 

Paşinyan vəzifədən gedəcək! - Baqrat Qalstanyan

Ermənistandakı “Vətən naminə Tavuş” adlanan etiraz hərəkatının lideri keşiş Baqrat Qalstanyan artıq baş nazir Nikol Paşinyanla görüş tələb etməyəcək.

Qarabaqinfo.az xəbər verir ki, bu barədə o, jurnalistlərə bildirib.

“Kobud güc və qəddar münasibət bizi məqsədimizə çatmaq üçün dayandıra bilməz. Amma əsas məsələ bu deyil, əsas məsələ Paşinyanın hakimiyyətdən getməsidir və o, gedəcək”, - keşiş vurğulayıb.

Mayın 26-da İrəvanda keçirilən mitinqdə Qalstanyanın “Vətən uğrunda Tavuş” hərəkatından Ermənistanın baş nazirliyinə namizəd olduğu açıqlanıb. Elə həmin gün Qalstanyan Paşinyanı tək bir məsələni - istefasını müzakirə etmək üçün danışığa çağırıb. Arxiyepiskopun çağırışı əvvəlki kimi, cavabsız qalıb.

Xatırladaq ki, Ermənistanda etirazlar aprelin 19-da İrəvanla Bakının Tavuşda sərhədin delimitasiyasına razılaşdıqdan sonra başlayıb. Mayın 9-da Tavuşdan İrəvana yürüşə rəhbərlik edən Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan baş naziri istefaya çağırıb.

 


Xəbəri paylaş

179 dəfə oxunub.

Digər xəbərlər