Ana Sayfa > Karusel / İqtisadiyyat / Dünya / Gündəm > Paşinyan vəzifədən gedəcək! - Baqrat Qalstanyan
Paşinyan vəzifədən gedəcək! - Baqrat Qalstanyan29-05-2024, 11:23. Yazar: Admin |
Ermənistandakı “Vətən naminə Tavuş” adlanan etiraz hərəkatının lideri keşiş Baqrat Qalstanyan artıq baş nazir Nikol Paşinyanla görüş tələb etməyəcək. “Kobud güc və qəddar münasibət bizi məqsədimizə çatmaq üçün dayandıra bilməz. Amma əsas məsələ bu deyil, əsas məsələ Paşinyanın hakimiyyətdən getməsidir və o, gedəcək”, - keşiş vurğulayıb. Mayın 26-da İrəvanda keçirilən mitinqdə Qalstanyanın “Vətən uğrunda Tavuş” hərəkatından Ermənistanın baş nazirliyinə namizəd olduğu açıqlanıb. Elə həmin gün Qalstanyan Paşinyanı tək bir məsələni - istefasını müzakirə etmək üçün danışığa çağırıb. Arxiyepiskopun çağırışı əvvəlki kimi, cavabsız qalıb. Geri dön |