Rusiyanın Sankt-Peterburq Hərbi Rabitə Akademiyasında partlayış nəticəsində 7 hərbçi yaralanıb.
Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov hadisənin terror aktı olmadığını bildirib.
İlkin məlumata görə, akademiyada İkinci Dünya Müharibəsi dövrünə aid mərmi partlayıb. Nəticədə 7 hərbçi xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır.