Saytımızı qiymətləndirin


 
 

Məşqçi ərinin qətlində təqsirləndirilən qadınla bağlı təkrar ekspertiza rəyi açıqlanıb
Tarix: 14-05-2024 | Saat: 16:33
Bölmə:Karusel / Kriminal | çapa göndər

Məşqçi ərinin qətlində təqsirləndirilən qadınla bağlı təkrar ekspertiza rəyi açıqlanıb

Kikboksinq üzrə məşqçi olmuş Nurani Qalabəylinin qətlində təqsirləndirilən həyat yoldaşı Əfsanə Qalabəylinin cinayət işi üzrə ekspertiza rəyi açıqlanıb.

Qarabaginfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi keçirilən iclasda təqsirləndirlən Əfsanə Qalabəylinin psixoloji vəziyyəti ilə bağlı keçirilən təkrar ekspertiza rəyinin nəticəsi açıqlanıb.

Əfsanə Qalabəylinin eksperiza rəyində hadisəni anlaqsız vəziyyətdə törətdiyi qeyd edilib.

Xatırladaq ki, ilkin ekspertizanın rəyində Ə. Qalabəylinin hadisəni anlaqsız vəziyyətdə törətdiyi qeyd edilib. Dövlət ittihamçısı ekspertiza rəyi ilə razılaşmayıb və əlavə tibbi ekspertiza keçirilməsini istəmişdi.

Qeyd edək ki, 2022-ci ilin sentyabrında paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.

1987-ci il təvəllüdlü Ə.Qalabəyli şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı həyat yoldaşı, 1974-cü il təvəllüdlü N.Qalabəylini yaşadığı mənzildə bıçaqla qətlə yetirməkdə şübhəli bilinir.

Ə.Qalabəyliyə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub.

N.Qalabəyli “Sərhədçi” idman kompleksində kikboksinq üzrə məşqçi işləyib.



Xəbəri paylaş

154 dəfə oxunub.

Digər xəbərlər