Saytımızı qiymətləndirin


 
 

Prezidentin köməkçisindən sülhməramlılarla bağlı - Açıqlama
Tarix: 17-04-2024 | Saat: 16:34
Bölmə:Karusel / Siyasət / Qarabağ | çapa göndər

 

Hikmət Hacıyev: Qarabağ Azərbaycanın daxili məsələsidir və bunu qəbul etməməklə bağlı hər hansı səylər nəticə verməyəcək - AZƏRTAC

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə məlumata münasibət bildirib.

Qarabaginfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, Hikmət Hacıyev “Mediada gedən məlumata və Rusiya Federasiyası tərəfindən verilmiş rəsmi açıqlamaya görə, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının çıxarılması prosesinə başlanılıb. Bu məlumatı necə şərh edərdiniz?” sualını belə cavablandırıb:

“2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Artıq proses başlanılıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər”.



Xəbəri paylaş

1132 dəfə oxunub.

Digər xəbərlər
26-05-2021, 09:06 Bərdədə bazar yanır