Orenburq yaxınlığındakı Ural çayında suyun səviyyəsi qalxmaqda davam edir və artıq 1120 sm-dir.
TASS xəbər verir ki, bu barədə Orenburq rəhbərinin birinci müavini Aleksey Kudinov jurnalistlərə bildirib.
“Suyun səviyyəsi qalxır və indi biz 1120 sm səviyyəni görürük. Faktiki bir gecədə daha 900 təsərrüfat sahəsi və 361 ev su altında qalıb”, – deyə o qeyd edib.