Saytımızı qiymətləndirin


 
 

Ləğv edilən məntəqələrin nəticələri ümumi nəticələrə təsir etməyib
Tarix: 16-09-2024 | Saat: 13:07
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Ləğv edilən məntəqələrin nəticələri ümumi nəticələrə təsir etməyib

Azərbaycanda sentyabrın 1-də keçirilən parlament seçkilərindən sonra Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən müraciətlərə baxılaraq müvafiq qərarlar əsasında bəzi məntəqələrin nəticələri ləğv edilib.
Bu həftə seçkilərin nəticələrinin Konstitusiya Məhkəməsinə göndəriləcəyi gözlənilir. Konstitusiya Məhkəməsi nəticələrlə bağlı son qərarı verdikdən sonra Milli Məclisin VII çağırış deputatlarının siyahısı təsdiq ediləcək.
 

"Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Qarabaqinfo.az-a bildirib ki, Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiq etməzdən əvvəl yoxlayır:


“Məhkəmə Mərkəzi Seçki Komissiyasına daxil olan bütün şikayətlərə baxılmasına nəzarət edir. MSK-ya daxil olan bəzi şikayətlər əsasında bir sıra dairələrdə müəyyən məntəqələrin nəticələri ləğv edilib. Amma ləğv edilən nəticələr ümumi nəticələrə hansısa təsir göstərməyib. Hər halda seçkidə qalib gələnlər olduğu kimi qalıblar”.
 

Ə.Nuriyev bildirib ki, Konstitusiya Məhkəməsindəki yoxlama zamanı da ola bilsin ki, hansısa məntəqələrin ləğvi məsələsi ortaya çıxsın.

"Mən bunun ehtimalının az olduğunu düşünürəm. Çünki artıq Mərkəzi Seçki Komissiyası bütün dairələr üzrə müraciətlərə baxaraq müvafiq qərarlar qəbul edib. Konstitusiya Məhkəməsi səlahiyyətləri çərçivəsində hansısa məntəqələrin, dairələrin ləğvini həyata keçirə bilər. Amma mən bunun olacağına ehtimal vermirəm. Düşünürəm ki, hansısa dəyişiklik edilmədən parlament seçkilərinin nəticələri təsdiq olunacaq”.



Xəbəri paylaş

58 dəfə oxunub.

Digər xəbərlər
1-09-2021, 12:43 Sabahın hava proqnozu