Tarix: 09-04-2024 | Saat: 13:42
Bölmə:Karusel / Siyasət | çapa göndər
Rusiya Prezidenti Vladimir Putin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığı aparıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı Rusiya və Qazaxıstanın sərhədyanı rayonlarında yaranmış ağır daşqın vəziyyəti ətraflı müzakirə olunub.
Qeyd olunub ki, vəziyyəti birgə izləyən və proqnozlaşdıran, əlaqələndirilmiş cavab tədbirləri hazırlayıb həyata keçirən iki ölkənin müvafiq qurum və xidmətləri arasında sıx qarşılıqlı əlaqə mövcud olub.
Dövlət başçıları bu işin daha da intensivləşdirilməsi üçün tapşırıqlar verməyə razılaşıblar.
Həmçinin Rusiyanın Müstəqil Dövlətlər Birliyində sədrliyi və Qazaxıstanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına sədrliyi kontekstində beynəlxalq və regional məsələlərin bəzi aspektlərinə toxunulub.
Rusiya-Qazaxıstan müttəfiqlik münasibətlərinin daha da hərtərəfli möhkəmləndirilməsinə qarşılıqlı sadiqlik təsdiqlənib.
Digər xəbərlər