Saytımızı qiymətləndirin


 
 

“Elə olmasın ki, vətəndaşlarımız İrəvana gedib, oradan Türkiyəyə uçsunlar” - AÇIQLAMA
Tarix: 21-01-2022 | Saat: 23:04
Bölmə:Karusel / Region | çapa göndər

“Qonşu ölkələr arasında kommunikasiya xətlərinin açıq olmasının, eyni zamanda sərhədyanı ticarət də daxil olmaqla, həmişə xalqların təmaslarının olmasının tərəfdarıyam. Təbii ki, qonşunun qonşuya ərazi iddiası və işğal faktı varsa, bu, bölgədə mənfi tendensiya yaradır. Necə ki, uzun illər Rusiyanın köməyilə Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayıb”.

Qarabaginfo.az xəbər verir ki, bunu Demokrat.az-a açıqlamsında iqtisadçı-ekspert Nazim Baydəmirli deyib.

Ekspert qeyd edib ki, uzun illər işğal faktı bizim bölgədə həm turizmə mənfi təsir göstərirdi, həm də ölkələr arasında iqtisadi münasibətləri gərgin saxlayırdı:

“Əlbəttə ki, bu günləri Bakı-İstanbul reysinin ucuz olmaması haqqında kifayət qədər məlumatlar var, hətta Ermənistandakı qiymətlərlə müqayisə edilir. Təbii ki, Ermənistanda avia biletlərin qiyməti Bakıdakı uçuşdan kifayət qədər ucuzdur. Bu baxımdan, bu məsələ, hətta “anektod” vəziyyətinə gəlib çatıb. Necə ki, azərbaycanlılar Tiflisə gedib, oradan Avropa ölkələrinə uçurlar, indi də elə olmasın ki, vətəndaşlarımız İrəvana gedib, oradan Türkiyəyə uçsunlar. Bütün bunları AZAL nəzərə almalıdır”.

Ekspert bildirib ki, AZAL dövlət büdcəsindən kifayət qədər vəsaitlər alsa da, lakin bahalı qiymətlər təklif edir:

“Ola bilər ki, ilkin vaxtlarda uçuşu təşkil emək üçün qiymətlər kifayət qədər aşağı olsun. Ancaq dünya təcrübəsində göstərir ki, büdcə uçuşları da var, yəni, “ekonom klass” dediyimiz elə də baha deyil. Azərbaycanda olan digər avia kampaniyaları həmişə aeroport xərclərinin çox olduğundan, AZAL-ın tarif siyasətindən şikayətləniblər. Hətta, “Pegasus” və s. kimi müxtəlif şirkətlər zamanında bura uçsalar da, sonralar bunlar monopoliya səbəbindən sıradan çıxarılıb. Hesab edirəm ki, istənilən halda qiymətlərə yenidən baxılmalıdır”.(Yenisabah)



Xəbəri paylaş

1263 dəfə oxunub.

Digər xəbərlər