Saytımızı qiymətləndirin


 
 

"Crocus" terrorunun təşkili barədə xüsusi məlumata malikik - Makron
Tarix: 05-04-2024 | Saat: 09:58
Bölmə:Karusel / Dünya | çapa göndər

“Fransa "Crocus Sity Hall"da törədilən terror aktının təşkili ilə bağlı "faydalı məlumatlara" malikdir.

Qarabaqinfo.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Rusiyanın müdafiə naziri Sergey Şoyqunun fransalı həmkarı Sebastyan Lekorne arasında telefon danışığını şərh edərkən bildirib.

“Həqiqətən də xüsusi xidmət direktorundan və müvafiq nazirdən texniki danışıqlar aparmağı xahiş etmişəm. ...Əvvəla, həmrəyliyi ifadə etmək və bu terrorizmin mənşəyi və təşkili ilə bağlı faydalı məlumatımız olduğu üçün onu hələ ki açıqlamayacağam”, - deyə Makron bildirib.

Fransa prezidenti həmçinin deyib ki, Moskvanın "terror təşkilatında Ukraynanın izi haqqında" iddiaları qəribə və təhdiddir.

“Bunun arxasında Fransanın, Ukraynanın dayandığını söyləmək gülüncdür. Bu absurddur. Bu, reallığa uyğun gəlmir”, - Makron bildirib



Xəbəri paylaş

134 dəfə oxunub.

Digər xəbərlər