Saytımızı qiymətləndirin


 
 

Rusiya Ukraynanın itkilərini açıqlayıb
Tarix: 05-06-2022 | Saat: 14:08
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rusiya Ukraynanın itkilərini açıqlayıb

Rusiya aviasiyası Donetskin Slavyansk yaşayış məntəqəsi yaxınlığında hava döyüşü zamanı Ukrayna qoşunlarına məxsus MiQ-29 qırıcı təyyarəsini vurub.

Qarabaginfo.az-ın məlumatına görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

 

Rusiya MN sözçüsü müharibə başlayandan indiyədək Ukrayna tərəfinin verdiyi hərbi itkiləri də açıqlayıb:

“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək Ukrayna Silahlı Qüvvələrinin 189 təyyarə, 129 helikopter, 1114 pilotsuz uçuş aparatı, 330 zenit-raket kompleksi, 3416 tank və digər zirehli döyüş texnikası, 470 reaktiv yaylım atəşi sistemi, 1778 səhra artilleriya qurğusu və minaatan, həmçinin 3419 ədəd xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv edilib”.



Xəbəri paylaş

1207 dəfə oxunub.

Digər xəbərlər