Saytımızı qiymətləndirin


 
 

Füzulidə iki nəfər minaya düşüb
Tarix: 08-07-2021 | Saat: 15:17
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Dağlıq Qarabağda mina partlayışı nəticəsində 3 nəfər həlak olub - Meydan.TV

Füzuli rayonunda iki nəfər minaya düşüb.

Bu barədə Qarabaqinfo.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib. Məlumatda qeyd olunub ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq işğaldan azad olunmuş ərazilərə qanunsuz yollarla ayrı-ayrı şəxslərin keçməyə cəhd göstərmələri hallarına hələ də rast gəlinir ki, belə təhlükəli səfərlər də onların minaya düşərək ya həlak olmaları, ya da ömürlük şikəst qalmaları ilə nəticələnir.
Bu gün – iyulun 8-də Füzuli rayon sakinləri Nuru Nuriyev və Elnur Həşimov nəzarət postlarından kənar qanunsuz yollarla rayonun işğaldan azad edilmiş Aşağı Əbdürəhmanlı kəndi istiqamətində piyada hərəkət edərkən minalanmış ərazidə piyada əleyhinə minaya düşərək ağır bədən xəsarəti alıblar.
Hazırda onların hadisə yerindən təhlükəsiz əraziyə çıxarılması üçün polis əməkdaşları, Daxili Qoşunların hərbi qulluqçuları və ANAMA-nın mütəxəssisləri tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirlir.
Onu da qeyd edək ki, bu gün minaya düşərək ağır bədən xəsarəti alan Nuru Nuriyev hələ fevral ayında işğaldan azad olunmuş əraziyə keçməyə cəhd göstərərkən polis əməkdaşları tərəfindən saxlanılıb və inzibati qaydada 30 sutka həbs olunub.

 

 



Xəbəri paylaş

1340 dəfə oxunub.

Digər xəbərlər