Tarix: 03-04-2024 | Saat: 15:50
Bölmə:Karusel / Kriminal | çapa göndər
Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiləri müvafiq tədbirlər nəticəsində Dəliməmmədli şəhərində yerləşən tam orta məktəbin 11-ci sinif şahirdi A. Seyxova bıçaqla xəsarət yetirən şəxsin sinif yoldaşı U. Tağıyev olması müəyyən edilib.
Bu barədə Qarabaginfo.az-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib. Qeyd olunub ki, hazırda araşdırmalar davam etdirilir.
Hadisə barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi də açıqlama yayıb.
Bildirilib ki, aprelin 3-də Goranboy rayon Dəliməmmədli şəhər M.Zeynalov adına tam orta məktəbin şagirdləri arasında insident (şagirdlərin bir-birinə xəsarət yetirməsi) yaranıb.
Hazırda idarənin və rayon təhsil sektorunun əməkdaşları da təhsil müəssisəsindədirlər.
Bununla yanaşı, hüquq-mühafizə orqanlarına, Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinə, digər aidiyyəti qurumlara məlumat verilib. Hadisə ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.
Digər xəbərlər