Ana Sayfa > Karusel / Kriminal > DİN: Goranboyda 11-ci sinif şagirdinə xəsarət yetirən şəxsin sinif yoldaşı olması müəyyən edilib

DİN: Goranboyda 11-ci sinif şagirdinə xəsarət yetirən şəxsin sinif yoldaşı olması müəyyən edilib


3-04-2024, 15:50. Yazar: Admin

DİN: Goranboyda 11-ci sinif şagirdinə xəsarət yetirən şəxsin sinif yoldaşı olması müəyyən edilib

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiləri müvafiq tədbirlər nəticəsində Dəliməmmədli şəhərində yerləşən tam orta məktəbin 11-ci sinif şahirdi A. Seyxova bıçaqla xəsarət yetirən şəxsin sinif yoldaşı U. Tağıyev olması müəyyən edilib.

Bu barədə Qarabaginfo.az-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib. Qeyd olunub ki, hazırda araşdırmalar davam etdirilir.

Hadisə barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi də açıqlama yayıb.

Bildirilib ki, aprelin 3-də Goranboy rayon Dəliməmmədli şəhər M.Zeynalov adına tam orta məktəbin şagirdləri arasında insident (şagirdlərin bir-birinə xəsarət yetirməsi) yaranıb.

Hazırda idarənin və rayon təhsil sektorunun əməkdaşları da təhsil müəssisəsindədirlər.

Bununla yanaşı, hüquq-mühafizə orqanlarına, Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinə, digər aidiyyəti qurumlara məlumat verilib. Hadisə ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.


Geri dön