Tarix: 02-04-2024 | Saat: 16:28
Bölmə:Karusel / Sosial | çapa göndər
Ağ və qırmızı rəng tələbi 1 iyul 2024-cü il tarixindən sonra ölkəyə gətirilən və ölkədə istehsal edilən taksilərə aiddir.
Qarabaginfo.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbərinə görə, vətəndaşın başqa rəngdə avtomobili varsa, bu avtomobil üçün indi və 1 iyul 2024-cü il tarixindən sonra da icazə ala bilər.
Qeyd edək ki, bir neçə gün öncə Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”i təsdiqləyib.
“Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər” müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəricilərinin, o cümlədən onların daxili və xarici tərtibatına dair tələblərin hüquqi əsaslarını müəyyən edir.
Yeni tələblərə əsasən, müntəzəm şəhərlərarası (rayonlararası) sərnişin daşıma-larında istifadə olunan avtonəqliyyat vasitələrinin rəngi ağ, şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələri qırmızı, müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında istifadə olunan elektrik mühərrikli avtonəqliyyat vasitələri isə yaşıl rəngdə olmalıdır.
Digər xəbərlər