Tarix: 02-04-2024 | Saat: 14:47
Bölmə:Karusel / İdman | çapa göndər
Xəbər verdiyimiz kimi, bu gün AFFA-nın Hesabat-Seçki konfransı keçirilib.
Qarabaginfo.az xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov konfransda iştirak etməyib. İlk dəfədir ki, gənclər və idman naziri bu tədbirə qatılmayıb.
Maraqlıdır ki, AFFA-nın İcraiyyə Komitəsində Gənclər və İdman Nazirliyini heç kim təmsil etməyəcək. Futbol federasiyasının ölkənin əsas idman qurumlarından biri olduğunu nəzərə alsaq, baş verənlər maraq doğurur.
Gənclər və İdman Nazirliyinin mətbuatı xidməti isə Fərid Qayıbovun iclasda iştirak etməməsi ilə bağlı suala belə cavab verib: “Nazir müavini Mariana Vasileva və İdman şöbəsinin müdiri Elnur Məmmədov iştirak ediblər”.
Nazirlik qurum rəhbərinin iştirak etməməsinin səbəbini isə açıqlamayıb.
Qeyd edək ki, bir neçə gün əvvəl idman mediasında nazir Fərid Qayıbovun sözügedən tədbirdə iştirak etməyəcəyi ilə bağlı məlumat yayımlanmışdı.
Digər xəbərlər