Tarix: 10-03-2021 | Saat: 11:05
Bölmə:Karusel / Gündəm | çapa göndər
Abşeron Rayon İcra Hakimiyyətinin istifadəsindən Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılması nəzərdə tutulan ərazilərin müəyyənləşdirilməsi işlərinə başlanılıb və həmin ərazilərin sərhədləri yerquruluşu qaydasında müəyyən edilərək, onlara dair hüquqların mövcudluğunun real vəziyyətlə müqayisə edilməsi nəzərdə tutulub.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında bildirilib.
Hesabata görə, bununla əlaqədar qeyd olunan ərazilər haqqında ilkin mərhələdə elektron formada məlumatlar əldə edilib. Aparılmış monitorinqlər nəticəsində Abşeron RİH-in idarəçiliyində olan və Bakı şəhərinin Xəzər, Sabunçu, Suraxanı və Binəqədi rayonları ərazisində yerləşən 18 min hektar torpaq sahəsi müəyyən edilib və Bakı ŞİH-in idarəçiliyinə qaytarılması təklif olunub.
Bundan başqa, məsələnin həlli ilə əlaqədar torpaq sahələrinə dair təqdim edilmiş məlumatların araşdırılması, invertarlaşma işlərinin həyata keçirilməsi və torpaqların səmərəli istifadəsi ilə bağlı yekun rəyin hazırlanması məqsədilə aidiyyəti qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılmasının məqsədəuyğunluğu barədə Bakı ŞİH tərəfindən aidiyyəti qurumlara müraciət edilib.
Digər xəbərlər