Saytımızı qiymətləndirin


 
 

“Putin həm də saxta xəbərlərin köməyi ilə müharibə aparır”- Almaniya XİN
Tarix: 29-03-2024 | Saat: 16:47
Bölmə:Karusel / Siyasət | çapa göndər

“Kreml yalan məlumatlar yaymaqla demokratiyanı məhv etməyə çalışır”.

Qarabaginfo.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.

“Vladimir Putin təkcə silahlı qüvvələrinin deyil, həm də saxta xəbərlərin, manipulyasiyaların  köməyi ilə müharibə aparır”, – Berbok bildirib.

Berbok bu kampaniyanın elementlərindən biri kimi “Avropanın səsi mediasını” misal çəkib. Martın 27-də Çexiya hökuməti ölkənin xüsusi xidmətinin Moskva tərəfindən maliyyələşdirilən təbliğat şəbəkəsini aşkarladığını elan edib. Məlum olub ki, “Avropanın səsi” adlı internet saytından Qərbin Ukraynaya dəstəyinin səviyyəsini azaltmaq üçün istifadə edilir.



Xəbəri paylaş

1128 dəfə oxunub.

Digər xəbərlər