Saytımızı qiymətləndirin


 
 

Dünyanın nəhəng kərpic istehsalçısı Rusiyadakı bütün biznesini satdı
Tarix: 28-03-2024 | Saat: 13:54
Bölmə:Karusel / Region | çapa göndər

Avstriyanın “Wienerberger” konserni Rusiyadakı iki kərpic istehsalı zavodunu satıb.

Qarabaginfo.az xəbər verir ki, “Wienerberger Kurkachi” və “Wienerberger Kirpiç” şirkətlərinin yeni sahibi “Stroymiks”dir.

“Stroymiks” şirkətinin iş adamı Aleksey Filinə məxsus olduğu deyilir.

“Wienerberger”in baş ofisi jurnalistlərə sövdələşmə ilə bağlı məlumatı təsdiqləyib. Ofisdən qeyd ediblər ki, şirkət geosiyasi vəziyyətə görə Rusiya bazarını tərk etmək qərarına gəlib.

Tərəflər alış məbləğinin açıqlanmaması barədə razılığa gəliblər.

“Wienerberger” zavodların satışı şirkətin Rusiya bazarından çıxışını tamamlayıb.



Xəbəri paylaş

177 dəfə oxunub.

Digər xəbərlər
25-12-2021, 08:38 Xəzərdə zəlzələ olub
1-10-2021, 10:43 Qubada zəlzələ olub