Tarix: 21-03-2024 | Saat: 12:43
Bölmə:Karusel / Region | çapa göndər
Rusiya bu gün səhər saatlarında Ukraynanın paytaxtı Kiyevə raket hücumu həyata keçirib.
Qarabaginfo.az xəbər verir ki, hücum nəticəsində 10 nəfərə yaralanıb, yaşayış binaları və sənaye obyektlərinə ziyan dəyib,
Kiyev hərbi administrasiyasının rəhbəri Segey Popko bildirib ki, Rusiya şəhəri həm ballistik, həm də qanadlı raketlərlə hədəfə alıb.
“44 günlük fasilədən sonra düşmən Kiyevə növbəti raket hücumu həyata keçirib. Bütün fövqəladə hallar xidmətləri ərazidə işləyir. Raket hücumunun nəticələrinin təmizlənməsi işləri aparılır", - o qeyd edib.
Şəhər meri Vitali Kliçkonun sözlərinə görə, yaralılar arasında 11 yaşlı qız da var.
Ukraynanın hava hücumundan müdafiə qüvvələri paytaxtı hədəf alan 31 Rusiya raketinin hamısının vurulduğunu bildirib.
Popko rus ordusunun strateji bombardmançı təyyarələrdən istifadə etdiyini və həmçinin öz ərazisindən bəzi raketlər atdığını bildirib və raketlərin müxtəlif istiqamətlərdən gəldiyini vurğulayıb.
Şəhərdə hava xəbərdarlığı elan olunub və təxminən üç saat davam edib.
Kliçko bildirib ki, raket qalıqları şəhər boyu bir neçə yaşayış binasına, sənaye obyektinə və uşaq bağçasına düşüb.
Digər xəbərlər