Tarix: 14-04-2021 | Saat: 11:12
Bölmə:Karusel / Gündəm | çapa göndər
Belarusun nəqliyyat və kommunikasiya naziri Aleksey Avramenko bu gün Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev ilə görüşüb.
Qarabaginfo.az-ın "BelTA"ya istinadən verdiyi məlumata görə, görüş zamanı ölkələr arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə edilib.
Məlumata görə, görüşdə tərəflər Azərbaycan və Belarus arasında müntəzəm uçuşların pandemiya öncəsi səviyyədə bərpa olunmasını müzakirə ediblər.
Bununla yanaşı, görüş zamanı A. Avramenko AZAL-ın Bakı-Minsk-Nyu-York-Minsk-Bakı marşrutu ilə transkontinental uçuşun təşkili imkanlarını nəzərdən keçirməyi təklif edib.
“Hava limanının yaxşı inkişaf etmiş marşrut şəbəkəsi sayəsində Minsk üzərindən ABŞ-a uçuşlar yalnız ölkələrimizin vətəndaşları üçün deyil, Baltikyanı ölkələrdən olan sərnişinlər üçün də cəlbedici ola bilər", - A. Avramenko qeyd edib.
APA
Digər xəbərlər