"Qərblə məsləhətləşiblər" - Paşinyanın müharibə xəbərdarlığına Rusiyadan reaksiya
Tarix: 19-03-2024 | Saat: 15:45
Bölmə:Karusel / Dünya | çapa göndər
1186 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 19-03-2024 | Saat: 15:45
Bölmə:Karusel / Dünya | çapa göndər
"Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla müharibə təhlükəsi ilə bağlı bəyanatının Rusiyaya aidiyyatı yoxdur. Bu, İrəvan hakimiyyətinin səlahiyyətindədir və onların Qərblə məsləhətləşmələrinin nəticəsidir".
Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz Teleqram kanalında bildirib.
“Avropa İttifaqı, NATO və Vaşinqtondan olan yeni kuratorlar məsələni hara gətirib çıxardılar? Xahiş edirəm, nəzərə alın: bu bəyanatın Rusiya ilə heç bir əlaqəsi yoxdur. Bu, İrəvandakı mövcud hakimiyyətin müstəsna səlahiyyətində olan məsələ və onların Qərblilərlə məsləhətləşmələrinin nəticəsidir”, - Zaxarova yazıb.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın sərhəd kəndlərinin sakinləri ilə söhbəti zamanı bildirib ki, İrəvan Bakının bir sıra sərhəd kəndlərinin Azərbaycana verilməsi ilə bağlı tələblərini yerinə yetirməsə, o zaman müharibə başlayacaq.
Xəbəri paylaş
Digər xəbərlər
29-03-2023, 17:52
"12-ci İmam Mehdi"nin məhkəməsində dava: Proses yarımçıq dayandırıldı
30-09-2021, 13:55
Ceyhun Bayramov: “Azərbaycan-Çexiya münasibətləri strateji əməkdaşlıq səviyyəsindədir”
19-04-2024, 21:14
Aİ Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmanı alqışlayır
17-09-2025, 13:34
Rus təyyarəsini qaçıran azərbaycanlı – Putinin partiyasındadır
31-03-2022, 23:54
Rusiya Çernobıl AES-i ukraynalılara təhvil verdi
15-06-2024, 14:38
Çinin hərbi nümayəndə heyəti ölkəmizdə səfərdədir
15-04-2022, 10:13
ANAMA azad olunan ərazilərdə 30 572 ədəd mina aşkarlayıb
27-03-2022, 16:52
Separatçı rejim süni bahalaşma, qıtlıq və ərzaq çatışmazlığı ilə üzləşib
20-09-2021, 11:07
İran dronları Azərbaycanla sərhədi müşahidə edir - FOTO


















