Ana Sayfa > Karusel / Dünya > "Qərblə məsləhətləşiblər" - Paşinyanın müharibə xəbərdarlığına Rusiyadan reaksiya

"Qərblə məsləhətləşiblər" - Paşinyanın müharibə xəbərdarlığına Rusiyadan reaksiya


19-03-2024, 15:45. Yazar: Admin

"Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla müharibə təhlükəsi ilə bağlı bəyanatının Rusiyaya aidiyyatı yoxdur. Bu, İrəvan hakimiyyətinin səlahiyyətindədir və onların Qərblə məsləhətləşmələrinin nəticəsidir".
Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz Teleqram kanalında bildirib.
“Avropa İttifaqı, NATO və Vaşinqtondan olan yeni kuratorlar məsələni hara gətirib çıxardılar? Xahiş edirəm, nəzərə alın: bu bəyanatın Rusiya ilə heç bir əlaqəsi yoxdur. Bu, İrəvandakı mövcud hakimiyyətin müstəsna səlahiyyətində olan məsələ və onların Qərblilərlə məsləhətləşmələrinin nəticəsidir”, - Zaxarova yazıb.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın sərhəd kəndlərinin sakinləri ilə söhbəti zamanı bildirib ki, İrəvan Bakının bir sıra sərhəd kəndlərinin Azərbaycana verilməsi ilə bağlı tələblərini yerinə yetirməsə, o zaman müharibə başlayacaq.

Geri dön