Saytımızı qiymətləndirin


 
 

Xocalıda qalıqları tapılan daha bir nəfərin kimliyi MÜƏYYƏNLƏŞDİ
Tarix: 18-03-2024 | Saat: 12:13
Bölmə:Karusel / Qarabağ | çapa göndər

 

Xocalıda qalıqları tapılan daha bir nəfərin kimliyi MÜƏYYƏNLƏŞDİ

Xocalıda kütləvi məzarlıqda tapılan daha bir nəfərin şəxsiyyəti məlum olub.

Qarabaqinfo.az xəbər verir ki, bunu Baş prokurorluğun kriminalistika şöbəsinin rəisi Orxan Rzayev Xocalıda aşkar edilmiş kütləvi məzarlığa dair brifinqdə çıxışı zamanı deyib.

O qeyd edib ki, meyiti tapılan şəxslərdən 9 nəfərin kimliyi müəyyən olunub.

“Xocalı sakini, 1952-ci il təvəllüdlü Şiraslan Məmiş oğlu Nəcəfova aid olduğu müəyyənləşib”, - Orxan Rzayev bildirib.

 

O bildirib ki, aşkar edilmiş insan qalıqlarının torpaqda qalma xüsusiyyətlərinə görə onların 25 il bundan əvvəl qətlə yetirildiyi məlum olub. Qeyd olunub ki, 23 fevraldan 4 marta qədər Xocalıda aşkar edilmiş kütləvi məzarlıqda istintaq işləri aparılıb.

 

Məhkəmə-genetik ekspertizasının hazırkı mərhələsində 9 nəfərin şəxsiyyəti müəyyən edilib:

 

1. Əliyev Ağaəli Naib oğlu - 01.06.1933-cü il

2. Əliyeva Sürəyya Behbud qızı – 01.06.1933-cü il

3. Mahmudov Akif Seydulla oğlu – 01.06.1962-ci il

4. Səlimov Xəzər Səyavuş oğlu – 01.09.1974-cü il

5. Səlimova Tamilla Ağamirzə qızı – 01.06.1935-ci il

 

(Xankəndi şəhər sakinləri)

6. Cavadov Əli Müsül oğlu - 15.06.1954-cü il

7. İsmayılov İsmayıl Bəhman oğlu – 01.08.1955-ci il

8. Məhərrəmova Bəsirə Vəli qızı - 01.06.1954-cü il

9. Nəcəfov Şiraslan Məlik oğlu - 1952-ci il



Xəbəri paylaş

1158 dəfə oxunub.

Digər xəbərlər