Saytımızı qiymətləndirin


 
 

Bakıda bir günə 106 taksi sürücüsü cəzalandırıldı - Video
Tarix: 19-10-2023 | Saat: 17:50
Bölmə:Karusel / Kriminal | çapa göndər

bakida-bir-gune-106-taksi-surucusu-cezalandirildi

Bakıda yol hərəkətinin təhlükəsizliyi məqsədi ilə polis əməkdaşları tərəfindən oktyabrın 18-də keçirilən tədbirlər nəticəsində insan həyatı və sağlamlığı üçün təhlükə yaradan sürücülər müəyyən edilib.

Qarabaginfo.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında və polis tərəfindən aparılan araşdırmalarla nəqliyyat vasitəsini narkotikin təsiri altında idarə edən 20, sərxoş vəziyyətdə avtomobil idarə edən 51, avtoxuliqanlıq edən 13, nəqliyyat vasitəsinin konstruksiyasında dəyişikliyə yol verən 22 nəfər taksi sürücüsü aşkarlanıb. Həmin sürücülərin sırasında çoxluq təşkil edənlər “Toyota Prius” markalı avtomobil idarə edən şəxslər olublar ki, onların da bir neçəsinin taksi fəaliyyəti adı altında paytaxt ərazisində narkokuryerlik etmələri məlum olub.

Bakı şəhərində hüququpozmalara qarşı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

 

 



Xəbəri paylaş

1164 dəfə oxunub.

Digər xəbərlər