Saytımızı qiymətləndirin


 
 

Qarabağda ölən ermənilərin anaları Paşinyanın həbsini tələb edirlər
Tarix: 18-04-2022 | Saat: 16:54
Bölmə:Karusel / Gündəm | çapa göndər

Qarabağda 44 günlük müharibə zamanı həlak olan 19 erməni hərbçinin valideynləri Baş nazir Nikol Paşinyanın açıqlamalarının araşdırılması və ona qarşı cinayət işinin açılması tələbilə Ermənistan Baş Prokurorluğuna müraciət edib.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat verib.

 

"Baş nazirin açıqlamaları 2020-ci ildə Qarabağda hərbi əməliyyatların onun əli ilə başladığını düşünməyə əsas verir. Görünən odur ki, Paşinyan əvvəlcədən ehtimal edərək nəticələrini bilərəkdən bu addımı atıb. Bundan başqa, öz hərəkətsizliyi, öhdəliklərini yerinə yetirməməsi Azərbaycanı genişmiqyaslı müharibəyə sövq etdi. Hərbçilərin valideynləri təzyiq göstərəcək ki, iş açılsın və baş nazir məsuliyyətə cəlb olunsun. Əgər onların tələbləri yerinə yetirilməsə, o zaman valideynlər bütün instansiyalardan yan keçərək tətillər tələb edəcəklər. İndi Yerablurda olan daha 60 valideyn tələbimizə qoşuldu. Bundan sonra onlar bizim aksiyamıza qoşulacaqlar", - etirazçı valideynlər mətbuata açıqlamalarında bildiriblər.



Xəbəri paylaş

290 dəfə oxunub.

Digər xəbərlər