Saytımızı qiymətləndirin


 
 

MİQ imtahanlarında yüksək bal toplayanlar niyə Bakı məktəblərini SEÇİR...
Tarix: 16-03-2024 | Saat: 14:09
Bölmə:Karusel / Təhsil | çapa göndər

 

MİQ imtahanlarında yüksək bal toplayanlar niyə Bakı məktəblərini SEÇİR...

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqədə Bakı məktəblərinə keçid balı çox yüksəkdir. Artıq neçə illərdi ki, MİQ imtahanlarında aşağı bal toplayan müəllimlər region məktəblərinə, yüksək bal toplayanlar isə paytaxtdakı təhsil ocaqlarına işə qəbul olur. Bu proses daha yaxşı müəllimlərin bölgələrdən uzaq qalmasına səbəb olur. Bəs bu sistemi necə ədalətli etmək olar? Bakı məktəblərinə işə qəbul balının yüksək, regionlara aşağı olmasının səbəbləri nələrdir?


Qarabaqinfo.az mövzuya Milli Məclisin deputatı Ceyhun Məmmədovun münasibətini öyrənib.
 

O bildirir ki, bu məsələdə beynəlxalq standartlar nəzərə alınmalıdır:
 

“Mən düşünürəm ki, burada region ilə paytaxt arasında fərq qoyulmamalıdır. Ola bilsin ki, müəllimlərin regionlara təşviqi üçün bu addım atılır. Ancaq hesab edirəm ki, belə olmalı deyil. Vahid bir forma bütün bölgələrə tətbiq olunmalıdır. Sizin dediyiniz forma bölgələrdə bir sıra hallarda zəif müəllimlərin işə qəbuluna şərait yaradır. Ona görə mən düşünürəm ki, vahid sistem olmalıdır. Bütün hər yerdə vahid sistemin tətbiqi həyata keçirilməlidir. Düzgün olan da budur. Gələcəkdə bu məsələyə yenidən baxılması məqsədəuyğun olar. Biz müəllimlərə bölgələrdə işləməyə təşviq etmək istəyiriksə, bu kimi qiymətlərdirmə ilə yox, onlara əlavə güzəştlər, dəstək nəzərdə tutaraq, məsələni həll edə bilərik. Balda güzəştin edilməsi düşünürəm ki, bölgədə təhsilə istər-istəməz öz təsirini birmənalı olaraq göstərir".
 

Təhsil eksperi Kamran Əsədov isə hesab edir ki, yüksək ballı müəllimləri bölgələrə aparmaq lazımdır:
 

“Azərbaycanda 2009-cu ildən etibarən müəllimlərin işə qəbulu imtahan yolu ilə həyata keçirilir. 2013-cü ildən isə MİQ imtahanlarında həm məzmum, həm şəffaflıq baxımından yeni dövr başlayıb. Geridə qoyduğumuz müddət ərzində 100 mindən çox müəllim məhz mərkəzləşmiş test imtahanı nəticəsində işə qəbul olunub. Hər ilin statistik göstəricilərinə baxanda görürük ki, Bakı şəhəri üzrə 90 və daha yüksək bal toplayanlar işə qəbul oluna bilirlər. Amma bölgələrə daha aşağı ballarla işə qəbul aparılır. Təbii ki, bu, tədrisin keyfiyyətində də təsir göstərir.

Hesab edirəm ki, biz stimillaşdırıcı addımlar atmalıyıq. Düzdür, hazırda həvəsləndirici addımlar var. Belə ki, əgər kənd məktəbləri rayon mərkəzindən 20 kilometr kənardadırsa, müəllimin maaşına 90 manata yaxın əlavə olunur.

Biz müəllimləri bölgələrə aparmaq istəyiriksə, ilk növbədə həmin rayonun ərazisində qeydiyyatda olanlara seçim icazəsi verməliyik. Çünki biz zaman-zaman görürük ki, gənc müəllimlər bölgələrdə qəbul olunur, gedirlər rayonlara, 3 ildən sonra oradan imtina edirlər. Bu da həmin məktəblərdə şagirdlərin bir il ərzində neçə dəfə müəllim dəyişməsinə səbəb olur. İcazə verməliyik ki, ilk seçimi məhz həmin bölgələrdən olan namizədlər etsinlər".
 

Kamran Əsədov vurğulayır ki, bölgələrdə işləyən müəllimlərin əmək haqqına, dərs yükünə fərqli yanaşılmalıdır:
 

"Bölgələrdə dərs saatı daha az olur. Bakı məktəblərində kifayət qədər yaxşı dərs saatı var. Bölgə məktəblərində isə sinif sayı, şagird sayı azdır. Bu da təbii ki, müəllimlərin əmək haqqına öz təsirini göstərir. 
Hesab edirəm ki, biz rayonlardakı müəllimlərin əmək haqqına fərqli yanaşmalıyıq. Bölgələrə gedən müəllimlər kommunal, nəqliyyat xərclərindən azad edilməlidirlər. Biz stimullaşdırıcı addımlar atsaq, daha yaxşı olar”.

 


Xəbəri paylaş

1202 dəfə oxunub.

Digər xəbərlər