Saytımızı qiymətləndirin


 
 

Latviyanın Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 3 dəfəyə yaxın artıb
Tarix: 12-04-2024 | Saat: 14:17
Bölmə:Karusel / Siyasət | çapa göndər

Latviyanın Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 3 dəfəyə yaxın artıb

2023-cü il ərzində Latviya Azərbaycan iqtisadiyyatına 12 milyon 950 min ABŞ dolları investisiya yatırıb.

Qarabaginfo.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən illə müqayisədə 2.6 dəfə və ya 8 milyon 38 min ABŞ dolları artıb. Belə ki, 2022-ci il ərzində Latviyanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 4 milyon 912 min ABŞ dolları təşkil edib.

Qeyd edək ki, 2023-cü il ərzində Azərbaycan iqtisadiyyatına cəlb edilmiş birbaşa xarici investisiyaların həcmi 6 milyard 658 milyon ABŞ dollarına bərabər olub.

Xatırladaq ki, ötən il Latviya ilə Azərbaycanın ticarət dövriyyəsi 64 milyon 945 min ABŞ dolları təşkil edib. Belə ki, 2023-cü ildə Azərbaycandan Latviyaya 45 milyon 181 min ABŞ dolları dəyərində məhsul ixrac edilib, Latviyadan ölkəyə isə 19 milyon 764 min ABŞ dolları dəyərində məhsul idxal edilib.



Xəbəri paylaş

188 dəfə oxunub.

Digər xəbərlər
26-06-2024, 18:30 Mirzoyan Estoniyaya gedir