Tarix: 11-03-2024 | Saat: 15:50
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
Son həftələr dünyanın aparıcı kriptovalyutası olan "bitcoin"in qiymətində kəskin artım qeydə alınıb, bazarlarda ciddi bir ajiotaj var.
Qarabaginfo.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli bildirib.
Onun fikrincə, bu gedişatın 4 səbəbi ola bilər:
"Məsələ ilə bağlı ilk olaraq onu demək mümkündür ki, dünyada çox böyük iqtisadi böhranın olması gözlənilir. Buna görə də yatırımçılar qızıla və "coin"lərə yönələrək vəsaitlərini qorumağa çalışırlar. Digər yandan pandemiyanın cinayətkarcasına idarə edilməsi zamanı dünya iqtisadiyyatına 18 trilyon dollar pul səpilib və hər yerdə inflyasiya artıb. Nəticədə, sadə insanlar kasıblaşıb, amma varlılar daha da varlanıb. İndi həmin vəsaitin bir hissəsi “sterilizasiya” olunmalı, yəni “buxarlanmalıdır”. Bunun ən asan yollarından biri "coin"lərdə vəsaitin “yandırılmasıdır” ki, çox güman, indi həmin əməliyyata şahidlik edirik. O cümlədən FED və digər Mərkəzi Banklar bu il faiz endirimlərinə gedəcəklər. İnvestorlar düşünür ki, bazarda yenə ucuz pullar artacaq, bu isə yatırım alətlərinin qiymətini yüksəldəcək – buna görə də öncədən bu alətlərə yönələrək sonradan qazanmaq istəyirlər. Son olaraq, “Bitcoin”in “mining” (istehsal deyək) sayı məhduddur. İndi sona gəlinir, say bitməyə doğru gedir, yeri gəlmişkən, “bitcoin”in yeganə məntiqi “aktivi” sayının məhdud olması məsələsidir. Amma düşünürəm ki, bu yatırımçılar üçün tələdir, çünki, artıq proses başlayıb, 1 “bitcoin”i, obrazlı desək, min yerə bölüb də satmaq olar. indi də eyni proses olacaq, birjalarda “bitcoin”i “stock split” edib kiçik hissələrlə satacaqlar”.
Ekspert “bitcoin”in tam spekulyativ və təklükəli aktiv olduğunu söyləyib:
“Bəli, kimsə böyük pullar qazanıb, qazanacaq da, amma unutmayın ki, kiçik qrup qazananda, həmişə böyük qrup insanlar uduzur. Yəni, uduzanlar olmasa, qazananlar da olmur. Bundan öncə də “bitcoin” 70 minə yaxınlaşmışdı, sonra 2022-ci ildə 16 minə qədər düşdü və dünya üzrə kiçik yatırımcılar 1 trilyon dollar pul itirdilər”.
Natiq Cəfərlinin vurğulayıb ki, qızılın qiymətinin artması böyük böhranın qapıda olmasından xəbər verir:
“Qızıl isə ciddi məsələdir. Tarixən qızıl iqtisadi təlatümlərdən öncə, və ya böhranlar zamanı “güvənli liman” rolunu oynayır. İndi qızılın qiymətinin kəskin artması böyük böhranın qapıda olmasından xəbər verir”.(Modern.az)
Digər xəbərlər