Saytımızı qiymətləndirin


 
 

"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında subartezian quyusu istifadəyə verilib
Tarix: 14-03-2022 | Saat: 18:08
Bölmə:Karusel / Gündəm | çapa göndər

Tərtərdə yeni SCADA tipli subartezian quyusunun təqdimatı olub

Qarabağın dirçəldilməsi prioritetinə uyğun olaraq, yaradılan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təşkili işləri mərhələli şəkildə davam etdirilir.

İqtisadiyyat Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, hazırda Parkın ərazisində mobil şəhərciyinin yaradılması istiqamətində tədbirlər görülür və hazırda konteynerlər yerləşəcək ərazidə dəmir-beton işləri görülür. Bu işlərin davamı olaraq, Sənaye Parkının ərazisində tikinti aparılacaq sahənin və mobil tipli şəhərciyin su ilə təmin edilməsi məqsədilə 65 kubmetr/saat gücə malik 120 metr dərinliyində subartezian quyusu istifadəyə verilib.

Qeyd edək ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir. Sənaye Parkının rezidenti olmaq üçün İqtisadi Zonaların İnkişafı Agentliyinə logistika mərkəzinin təşkili, TIR parkı və daşıma xidmətinin qurulması, texniki xidmət mərkəzinin yaradılması, tikinti materiallarının, sintetik yuyucu və təmizləyici məhsulların istehsalı və s. sahələr üzrə 10-dan çox layihə təqdim edilib.



Xəbəri paylaş

1255 dəfə oxunub.

Digər xəbərlər