Saytımızı qiymətləndirin


 
 

Daha bir boksçumuz erməni rəqibini məğlub etdi
Tarix: 11-03-2024 | Saat: 10:43
Bölmə:Karusel / İdman | çapa göndər

Daha bir boksçumuz erməni rəqibini məğlub etdi

Azərbaycan boksçusu Sərxan Əliyev İtaliyanın Busto Arsizio şəhərində I Dünya Olimpiya Təsnifat Turnirində 3-cü döyüşünü keçirib.

 

Qarabaqinfo.az xəbər verir ki, 71 kq çəkidə qüvvəsini sınayan dünya çempionatının mükafatçısı 1/8 finalda ermənistanlı Qurqen Madoyanı sınağa çəkib.

 

Döyüş Əliyevin qələbəsi ilə yekunlaşıb. Boksçumuz 3:2 (28:29, 28:29, 29:28, 29:28, 30:27) hesabı ilə qalib gəlib.

 

Beləliklə, Nicat Hüseynovun (51 kq) ardınca Sərxan da erməni rəqibini mübarizədən kənarlaşdıraraq adını 1/4 finala yazdırıb.

 

Ona Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün cəmi 1 qələbə kifayət edəcək. Əliyev yarımfinala vəsiqə əldə etmək üçün qazaxıstanlı Aslanbek Şimbergenovla qüvvəsini sınayacaq.

 

Qeyd edək ki, 1/4 final görüşləri bu gün keçiriləcək.



Xəbəri paylaş

159 dəfə oxunub.

Digər xəbərlər