Cənubi Qafqazda Ermənistan-Gürcüstan-Azərbaycan formatında müzakirələrə başlamaq ideyası var.

Qarabaginfo.az erməni KİV-ə istinadən xəbər verir  ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan IV Qlobal Forumunda çıxışı zamanı deyib.  

Həmçinin, o Ermənistan-Türkiyə, Ermənistan-Azərbaycan münasibətlərinin çox önəmli olduğunu vurğulayıb.

"Bu yaxınlarda Türkiyədə verilən bəyanatla razılaşdığımı bildirmək istəyirəm və ideya ondan ibarət idi ki, regionun bütün dövlətləri, o cümlədən Türkiyə, Ermənistan və Azərbaycan təhlükəsizlik, suverenlik və müstəqilliyin təmin edilməsi baxımından bir-birinə lazımdır. Və bu, çox vacibdir”, - Nikol Paşinyan bəyan edib.

"İdeya yeni deyil, kifayət qədər köhnədir, mən həmişə o ideyanı dəstəkləmişəm, lakin mən təklif etmişəm ki, bu platforma, ilk növbədə, yalnız və yalnız regionumuzdan nifrət nitqinin kökünün kəsilməsi istiqamətində istifadə olunsun”, - Paşinyan bildirib.