Saytımızı qiymətləndirin


 
 

Ankarada raket zavodunda partlayış, ölənlər var - Video
Tarix: 10-06-2023 | Saat: 12:35
Bölmə:Karusel / Region | çapa göndər

ankarada-raket-zavodunda-partlayis-olenler-var

Türkiyənin paytaxtı Ankarada Elmadağ rayonunda MKE (Maşınqayırma və Kimya Sənayesi Müəssisəsi) raket və partlayıcı maddələr zavodunda partlayış və yanğın baş verib.

Qarabaginfo.az “Hürriyet”ə istinadən xəbər verir ki, partlayış nəticəsində zavodun 5 əməkdaşı həlak olub.

Hadisənin saat 08.40 radələrində dinamit sexində baş verdiyi, sexdə böyük dağıntıların olduğu bildirilir. Bu barədə Petrol İş Ankara Şöbəsinin sədri Haluk Koşar məlumat verib. O, içəridə 5 nəfərin olduğunu, hazırda dağıntılar altında olanların axtarışlarının davam etdiyini bildirib. 

Zavoda yanğınsöndürənlər və təcili yardım briqadaları göndərilib. Hazırda yanğın söndürülüb. Zavodda böhran masası yaradılıb.

***

Türkiyə Milli Müdafiə Nazirliyi hadisə nəticəsində 5 işçinin həlak olduğunu təsdiqləyib. Partlayışla bağlı istintaqın başladıldığı bildirilib.(Qafqazinfo) 



Xəbəri paylaş

1110 dəfə oxunub.

Digər xəbərlər