Saytımızı qiymətləndirin


 
 

Putin keçmiş "Vaqner" komandiri ilə görüşdü
Tarix: 29-09-2023 | Saat: 10:10
Bölmə:Karusel / Dünya | çapa göndər

Putin keçmiş

Rusiya prezidenti Vladimir Putin müdafiə nazirinin müavini Yunus-Bek Yevkurov və "Vaqner"in keçmiş komandiri Andrey Troşevlə görüşüb.

 

Qarabaqinfo.az  "Kommersant"a istinadən xəbər verir ki, görüş bir gün əvvəl baş tutub, lakin Kremlin mətbuat xidməti bu barədə yalnız bu gün səhər məlumat yayıb.

 

Onlar könüllü birləşmələrin, o cümlədən Ukraynada döyüşmək üçün birləşmələrin formalaşdırılmasını müzakirə ediblər.

 

“Son görüşdə biz müxtəlif döyüş tapşırıqlarını yerinə yetirə biləcək könüllü birləşmələr yaratmağınızdan danışdıq. Siz özünüz 1 ildən çox belə bir hissədə vuruşmusunuz. Siz bunun nə olduğunu, necə edildiyini bilirsiniz, döyüşün ən yaxşı və uğurlu şəkildə getməsi üçün əvvəlcədən həll edilməli olan məsələlərdən xəbəriniz var”, - deyə Putin Troşevə deyib.

 

Rusiya prezidenti onu əmin edib ki, veteranlara və onların ailələrinə kömək edən “Vətən Müdafiəçiləri Fondu” hərbi əməliyyatların bütün iştirakçılarına sosial dəstək verəcək.

 

"Vətən üçün insanın hansı statusda döyüşməsinin, hansı statusda müdafiə etməsinin fərqi yoxdur. Ona görə də bu gün bu mövzuda da danışacağıq”, - deyə Putin əlavə edib.

 

Andrey Troşev “Sedoy” kimi tanınır. O, "Vaqner"in sahibi Yevgeni Priqojinin 23-24 iyunda baş vermiş silahlı üsyanını dəstəkləməyib. Andrey Troşev Vaqner veteranlarına dəstək verən Veteranların Maraqlarını Müdafiə Liqasının sədri idi.

 

Çevriliş cəhdindən sonra Vladimir Putin bildirib ki, iyunun 29-da "Vaqner"in 35 komandiri ilə 3 saatlıq görüş keçirib. Andrey Troşevin rəhbərliyi altında Vladimir Putin muzdlulara xidmətini davam etdirməyi təklif edib. Prezidentin sözlərinə görə, Vaqner döyüşçüləri son 16 ay ərzində onun komandanlığı altında xidmət ediblər.



Xəbəri paylaş

1123 dəfə oxunub.

Digər xəbərlər