Saytımızı qiymətləndirin


 
 

Erməni lobbisinin ruporuna çevrilən Avropa Parlamenti - AÇIQLAMA 
Tarix: 01-03-2024 | Saat: 11:09
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Erməni lobbisinin ruporuna çevrilən Avropa Parlamenti - AÇIQLAMA 

"Anti-Azərbaycan güclərin əlində ölkəmizə qarşı təzyiq vasitəsinə çevrilən Avropa Parlamentinin Azərbaycana  qarşı  növbəti dəfə  tamamilə qərəzli, qeyri-obyektiv mövqeyinin şahidi olmaqdayıq. Bu hərəkətləri ilə  Avropa Parlamenti qanunun aliliyi, haqq-ədalət prinsiplərini özlərinin dəyərlər sistemi elan edən Qərbin bəyan etdiyi bu prinsiplərin ayaqlar altına atılması deməkdir. Son vaxtlarda ümumiyətlə  Qərbin Azərbaycan qarşı yanlış qərəzli siyasətini müşahidə etməkdəyik. Bütün bunlar Qərbin sözdə Cənubi Qafqazda  dayanıqlı sülhün əldə olunması ilə bağlı verdiyi bəyanatlarla daban-dabana ziddiyət təşkil edir. Bunlar əslində Avropadakı bəzi qüvvələrin neokolonolist siyasətinin təzahürüdür". 

 

Qarabaqinfo.az  xəbər verir ki, bunu deputat Cavanşir Feyziyev deyib.

 

Deputatın sözlərinə görə, Azərbaycanın uğurları və qələbələrini həzm edə bilməyən güclər  istənilən fürsətdə ölkəmizə qarşı belə qərəzli mövqe sərgiləyib uğurlarına kölgəyə salmaq  istiqamətində addımlar atırlar. "Bunu da Avropada fəaliyyət göstərən strukturlar vasitəsi ilə həyata keçirirlər. Bu bir daha onun göstərir ki, əslində  Avropa Parlamenti, AŞPA və digər bu kimi təşkilatların hədəfi dünyada sözün əsl mənasında demokratiyanın, qanunun aliliyinin, haqq-ədalətin, sabitliyin, təhlükəsizliyin, dialoqun  təmin edilməsinə xidmət edən təşkilatlar kimi  yox, maraqlarının təmin edilməsi üçün bir təsir mexanizmidir", - o qeyd edib. 


Deputat əlavə edib ki, avropalı deputatlar erməni saxtakarlığına və riyakarlığına o qədər aludə olublar, heç onların verdiyi məlumatların doğru olub-olmadığını yoxlamağa belə lüzum görmürlər: "Bir tərəfdən xristian həmrəyliyi və digər tərəfdən Avropa erməni diasporunun avropalı deputatlara göstərdiyi maliyyə yardımları Avropa Parlamentini, əslində, erməni lobbisi və diasporunun ruporuna çevirib. Nəticədə sözdə beynəlxalq hüquq normaları, insan haqları və demokratiya şüarları ilə pərdələnən Avropa Parlamenti bununla da  öz məqsəd və məramlarından uzaqlaşaraq korrupsiyalaşmış bir siyasi quruma çevrilib. Ona görə də Azərbaycana qarşı bu cür absurd iddialar və tələblər səsləndirirlər. Avropa Parlamentinin  bəzi deputatlarının  Azərbaycanla bağlı  səsləndirdiyi fikirlər Cənubi Qafqazda sülhə deyil, əksinə gərginliyin davam etməsinə xidmət edir. Bu cür hərəkətlər ilk növbədə havadarlıq etdikləri Ermənistanın maraqlarına ziyandır. 

 

Burada digər  məqam isə ondan ibarətdir ki, həmin güclərin hədəfi heç də Ermənistanı müdafiə etmək deyil, bu ad altında bölgədə maraqlarını təmin etməkdir. O baxımdan da bu cür təxribatçı hərəkətlərdən itirən tərəf olacaqsa, o da Ermənistan olacaq. Bu  cür qərəzli yanaşmalar həm də Avropa strukturlarının ziyanınadır. Çünki saxta dəyərlərlə regionda sülhə töhvə vermək mümkün deyil. Bu əksinə onların nüfuzunə ciddi xələl gətirir və gözdən salır. Nəticədə başda BMT olmaqla bütün digər beynəlxalq  təşkilatlar hər hansı kiçik bir problemi həll etmək gücünə malik olmayan nüfuzsuz təşkilatlara çevriliblər.


Odur ki, Avropa Parlamenti və digərlərinin Azərbaycanla bağlı verdikləri bəyanatlar heç bir reallığı əks etdirmir və beynəlxalq hüququn normalarına ziddir. İkincisi, Azərbaycan tərəfi bu bəyanatları ölkəmizə qarşı pərdələnmiş təhdid kimi qiymətləndirir. 

 

Əgər Qərb bölgədə səmimi şəkildə sülhün bərqərar olmasında maraqlıdırsa, o zaman   saxtakarlıqdan uzaq olub iradlarını İrəvana bildirməlidir.  Azərbaycan ərazi bütövlüyünü, suverenliyini bərpa etsə də, bölgədə dayanıqlı sülhün təşəbbüskarı olmaqla yanaşı, bu prinsiplərə də sadiqdir. Bunu  hər addımında sübut edir. Onu da unutmaq lazım deyil  ki, Azərbaycan dövləti ilə bu cür təhdid, təzyiq dili ilə danışmaq mənasızdır.  Azərbaycan istənilən xarici təhdidlərə və revanşist meyllərə cavab vermək gücündədir. Cənab Prezident də bununla bağlı Azərbaycanın rəsmi mövqeyini dəfələrlərlə bəyan edib. Son olaraq onu qeyd etmək istərdim ki, bu cür metodlarla Azərbaycanı indiyədək kimsə yolundan döndərə bilməyib və bundan sonra da döndərə bilməyəcək. Azərbaycan öz yolunu müəyyən edib və bu yolla da  hədəflərinə doğru uğurla irəliləməkdədir".



Xəbəri paylaş

1133 dəfə oxunub.

Digər xəbərlər