Ana Sayfa > Karusel / Gündəm > Erməni lobbisinin ruporuna çevrilən Avropa Parlamenti - AÇIQLAMA
Erməni lobbisinin ruporuna çevrilən Avropa Parlamenti - AÇIQLAMA1-03-2024, 11:09. Yazar: Admin |
"Anti-Azərbaycan güclərin əlində ölkəmizə qarşı təzyiq vasitəsinə çevrilən Avropa Parlamentinin Azərbaycana qarşı növbəti dəfə tamamilə qərəzli, qeyri-obyektiv mövqeyinin şahidi olmaqdayıq. Bu hərəkətləri ilə Avropa Parlamenti qanunun aliliyi, haqq-ədalət prinsiplərini özlərinin dəyərlər sistemi elan edən Qərbin bəyan etdiyi bu prinsiplərin ayaqlar altına atılması deməkdir. Son vaxtlarda ümumiyətlə Qərbin Azərbaycan qarşı yanlış qərəzli siyasətini müşahidə etməkdəyik. Bütün bunlar Qərbin sözdə Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunması ilə bağlı verdiyi bəyanatlarla daban-dabana ziddiyət təşkil edir. Bunlar əslində Avropadakı bəzi qüvvələrin neokolonolist siyasətinin təzahürüdür".
Qarabaqinfo.az xəbər verir ki, bunu deputat Cavanşir Feyziyev deyib.
Deputatın sözlərinə görə, Azərbaycanın uğurları və qələbələrini həzm edə bilməyən güclər istənilən fürsətdə ölkəmizə qarşı belə qərəzli mövqe sərgiləyib uğurlarına kölgəyə salmaq istiqamətində addımlar atırlar. "Bunu da Avropada fəaliyyət göstərən strukturlar vasitəsi ilə həyata keçirirlər. Bu bir daha onun göstərir ki, əslində Avropa Parlamenti, AŞPA və digər bu kimi təşkilatların hədəfi dünyada sözün əsl mənasında demokratiyanın, qanunun aliliyinin, haqq-ədalətin, sabitliyin, təhlükəsizliyin, dialoqun təmin edilməsinə xidmət edən təşkilatlar kimi yox, maraqlarının təmin edilməsi üçün bir təsir mexanizmidir", - o qeyd edib.
Burada digər məqam isə ondan ibarətdir ki, həmin güclərin hədəfi heç də Ermənistanı müdafiə etmək deyil, bu ad altında bölgədə maraqlarını təmin etməkdir. O baxımdan da bu cür təxribatçı hərəkətlərdən itirən tərəf olacaqsa, o da Ermənistan olacaq. Bu cür qərəzli yanaşmalar həm də Avropa strukturlarının ziyanınadır. Çünki saxta dəyərlərlə regionda sülhə töhvə vermək mümkün deyil. Bu əksinə onların nüfuzunə ciddi xələl gətirir və gözdən salır. Nəticədə başda BMT olmaqla bütün digər beynəlxalq təşkilatlar hər hansı kiçik bir problemi həll etmək gücünə malik olmayan nüfuzsuz təşkilatlara çevriliblər.
Əgər Qərb bölgədə səmimi şəkildə sülhün bərqərar olmasında maraqlıdırsa, o zaman saxtakarlıqdan uzaq olub iradlarını İrəvana bildirməlidir. Azərbaycan ərazi bütövlüyünü, suverenliyini bərpa etsə də, bölgədə dayanıqlı sülhün təşəbbüskarı olmaqla yanaşı, bu prinsiplərə də sadiqdir. Bunu hər addımında sübut edir. Onu da unutmaq lazım deyil ki, Azərbaycan dövləti ilə bu cür təhdid, təzyiq dili ilə danışmaq mənasızdır. Azərbaycan istənilən xarici təhdidlərə və revanşist meyllərə cavab vermək gücündədir. Cənab Prezident də bununla bağlı Azərbaycanın rəsmi mövqeyini dəfələrlərlə bəyan edib. Son olaraq onu qeyd etmək istərdim ki, bu cür metodlarla Azərbaycanı indiyədək kimsə yolundan döndərə bilməyib və bundan sonra da döndərə bilməyəcək. Azərbaycan öz yolunu müəyyən edib və bu yolla da hədəflərinə doğru uğurla irəliləməkdədir". Geri dön |