Saytımızı qiymətləndirin


 
 

Orada maaşlar bir neçə dəfə yüksək olacaq”
Tarix: 29-02-2024 | Saat: 16:51
Bölmə:Karusel / Təhsil / İqtisadiyyat | çapa göndər

orada-maaslar-bir-nece-defe-yuksek-olacaq

“Qarabağ Universitetində maaşlar orta göstəricidən bir neçə dəfə yüksək olacaq”.

Qarabaginfo.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, bu ali məktəbdə təhsil ödənişsiz olacaq:

“Ən yaxşı tələbələri bura aparmaq üçün yüksək bal toplayanlara təqaüdlər veriləcək”.

***

O bildirib ki, yaxın 5 ildə Qarabağ Universitetində tələbə sayının 5 min nəfərə çatdırılması planlaşdırılır. Növbəti tədris ilindən fəaliyyyətə başlayacaq Qarabağ Universitetində ilkin mərhələdə bakalavriat səviyyəsi üzrə 1000-ə yaxın tələbənin qəbulu gözlənilir. 

"Universitetdə ilk mərhələdə 6 fakültə, 20 ixtisas üzrə tədris aparılacaq. Növbəti illərdə ixtisasların sayının artırılması planlaşdırılır" - deyə nazir qeyd edib.

Emin Əmrullayev onu da əlavə edib ki, Qarabağ Universitetində tələbələr ilk illərdə dövlət hesabına təhsil alacaq, sosial tədbirlərlə əhatə olunacaq, əlavə təqaüdlər və ödənişsiz yataqxana ilə təmin olunacaqlar.



Xəbəri paylaş

1114 dəfə oxunub.

Digər xəbərlər