Saytımızı qiymətləndirin


 
 

Qarabağ Universitetində 1000 tələbə, 70 müəllim olacaq
Tarix: 29-02-2024 | Saat: 16:05
Bölmə:Karusel / Təhsil / Qarabağ | çapa göndər

Qarabağ Universitetində 1000 tələbə, 70 müəllim olacaq

2024-2025-ci tədris ilində Qarabağ Universitetində ilk ildə 1000 tələbə olacaq.

 

Qarabaqinfo.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev mediaya açıqlamasında bildirib.

 

O qeyd edib ki, univeritetdə 70 nəfər professor-müəllim heyəti olacaq.

 

"Yaxın 5 ildə tələbələrin sayını 5 minə çatdırmağı planlaşdırırıq. Pedoqoji, mühəndislik, iqtisadiyyat, incəsənət, humanitar və sosial, turizm fakulətələri olacaq. İlk illərdə təhsil tamamilə ödənişsiz olacaq", - nazir deyib.

 

Emin Əmrullayev vurğulayıb ki, universitetdə çalışacaq müəllim heyətinin əməkhaqları nisbətən yüksək olacaq: “Yaxın ərazidə yaşayan müəllim heyətinin cəlb olunması nəzərdə tutulur. Xankəndi, Şuşa, Ağdamdan olan alimlərimizlə görüş baş tutacaq. İşçi heyəti Xankəndidə mənzillə təmin olunacaq”.

 

Xatırladaq ki, ötən il Prezidentin İlham Əliyev “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalayıb. Sərəncama görə, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılıb.



Xəbəri paylaş

1106 dəfə oxunub.

Digər xəbərlər