Tarix: 28-02-2024 | Saat: 13:32
Bölmə:Karusel / Sosial | çapa göndər
Bizə məlumat daxil olanda dərhal ona reaksiya veririk. Məsələn, toy şənliyi və ya nişan mərasimi keçirmək istəyirlər, bu zaman onlarla profilaktik söhbətlər aparırıq, erkən nikahın acı nəticələri barədə məlumat veririk.
Qarabaginfo.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru Emin Nəsirli jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, erkən nikahın acı nəticələri çoxdur - hamiləlik nəticəsində ölümə səbəb olur, evlilikdən sonra psixi və cinsi zorakılıq tətbiq olunur:
“Əksər hallarda toy sahibi toyu dayandırır, amma bunun üçün hansısa cəza tədbiri nəzərdə tutulmadığına görə məsuliyyət nəzərdə tutulmur. 16 yaşdan 18 yaşa qədər əgər öz razılıqları ilə ailə həyatı qurulursa, bununla bağlı məsuliyyət nəzərdə tutulmayıb. Amma bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin layihəsi ilə tanış olduq. Layihədə göstərilir ki, həmin şənliklərin keçirilməsi ilə də bağlı Cinayət Məcəlləsinin 176.1 maddəsinə 176.2 əlavə təklif olunub. Burada həmin şənliklərin keçirilməsinə görə məsuliyyət nəzərdə tutulur.
Ailə Məcəlləsinin 10-cu maddəsində göstərilir ki, nikaha daxilolma yaşı 18-dir. İstisna hallarda müvafiq icra hakimiyyəti orqanının sərəncamı ilə 17 yaşa endirilə bilir. Lakin 16 yaşdan 18 yaşa qədər nikah bağlandığı halda hazırda bunu tənzimləyən norma yoxdir. Bununla bağlı təkliflər verilib, əlavə dəyişikliklər olmalıdır”.
Digər xəbərlər