Saytımızı qiymətləndirin


 
 

Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin dövriyyəsi 25% artıb
Tarix: 13-12-2017 | Saat: 11:24
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

 




heyder eliyev beynelxalq aeroportunun sernisin dovriyyesi 25 artib

Heydər Əliyev Beynəlxalq Aeroportu 2017-ci ilin yanvar-noyabr ayları ərzində 3,75 milyon sərnişinə xidmət göstərib.

 

"Qarabaginfo" xəbər verir ki, bunu Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 25%-dən çox artıb.    

 

Hesabat dövründə “Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 2,1 milyon sərnişin düşüb ki, bunun da 545 min nəfəri daxili reyslərlə daşınıb.

Hesabat dövründə 2017-ci ilin sentyabrından uçuşlar yerinə yetirməyə başlayan ilk milli

lou-koster “Buta Airways” 55 min sərnişinə xidmət göstərib.

 

Sərnişin dövriyyəsinin 85%-i beynəlxalq reyslərin payına düşüb. Heydər Əliyev Beynəlxalq Aeroportunun beynəlxalq daşımalarının 43%-i AZAL-ın və “Buta Airways”in, 57%-i xarici aviadaşıyıcıların payına düşüb.
 

Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 53 istiqamət üzrə 30 aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna - Moskva, İstanbul, Dubay, Kiyev, Tehran, Antalya, Tbilisi, Bağdad, Doha və Sankt-Peterburq daxildir. Bu istiqamətlərə 2,31 milyon sərnişin uçub.
 

Heydər Əliyev Beynəlxalq Aeroportunun  yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.

 

Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti "Skytrax" tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportu 4 ulduza layiq görülüb.

Sosial səhifələrdə paylaş


Xəbəri paylaş

639 dəfə oxunub.

Digər xəbərlər